Ötən həftə Changanın Azərbaycanda rəsmi dilleri olan sirena motorsun təşkilatçılığı ilə Changan klubun rəsmi təqdimatı və ilk tədbiri baş tutdu.
Səhər saatlarında 15 avtomobildən ibarət maşın karvanı Qəbələ rayonuna yola düşdü. Planlaşdırıldığı kimi qrup nahar yeməyini oteldə edib sərbəst istirahətə ayrıldılar. Şam yeməyindən sonra klubun ilk üzvlərinə klub barədə məlumat verildi. Məqsəd changan sahiblərini tez-tez bir araya yığıb onların bir-birini daha yaxından tanımasına vasitə olmaqdır. Bundan əlavə klubun tədbirlərinə qatılan hər bir changan sahibi şirkət tərəfindən bonuslar alacaq ki, bu bonusları pul ekvivalentində texniki servis və ya yeni avtomobil alan zaman istifadə edəcəklər. Klubun əsas fəaliyyət istiqamətləri əyləncə, maarifçilik, xeyriyyə və s. olacaq.
Ertəsi gün klub üzvləri qəbələ rayonunda olan “Tufandağ” turizm kompleksinə yollanaraq istirahətlərini davam etdirdilər. Changan kluba üzv olmaq istəyən changan sahibləri istehsalçının rəsmi dillerinin satış salonuna müraciət edə bilər. Ünvan: Bakı-Sumqayıt yolunun 5-inci kilometri.
COMMENTS