CHP-nin qərargahında məscid açıldı

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) mərkəzi qərargahında məscid açılıb. Türkiyə KİV-in verdiyi xəbərə görə, məscid qərargah binasının alt qatında yerləşir. 
Partiya üzvlərindən gələn təkliflər və sədr müavini Mehmet Bekaroğlunun səyi ilə alt qatdakı otaqlardan biri ibadət üçün hazırlanıb, qapısına da “Məscid” yazılıb. 
Partiyadakı qaynaqlar isə bildirib ki, otaqdan indiyə qədər də namaz qılmaq üçün istifadə olunurdu, sadəcə indi onun qapısına “Məscid” lövhəsi asılıb.

COMMENTS