Cinayət törədib Rusiyaya qaçan Zamanov Azərbaycana deportasiya olundu

Cinayət törədib Rusiyaya qaçan Zamanov Azərbaycana deportasiya olundu

Cinayət məsuliyyətindən yayınaraq Rusiyanın Surqut şəhərində gizlənən X.Zamanov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Virtualaz.org yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Yuqra Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, saxlanılan şəxs dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə, rüşvətə təhrik etmədə ittiham olunub.

X.Zamanov ötən ilin mayından Rusiyada gizlənməyə müvəffəq olub.

Onun Azərbaycanın sorğusu əsasında saxlanıldığı və ölkəyə deportasiya edildiyi bildirilir.

DOSYE.ORG

 

COMMENTS