Çindən ABŞ-a kəskin etiraz: “Dayandırın…”

Çindən ABŞ-a kəskin etiraz: “Dayandırın…”

Rəsmi Pekin Çin şirkətlərinə təzyiq göstərdiyinə görə ABŞ-a etiraz edib və Amerika tərəfini bu cür hərəkətləri dayandırmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı əsassız təzyiqləri dayandırmağa çağırır”, – deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, Çin şirkətlərinə təzyiq göstərməklə ABŞ bazar iqtisadiyyatı prinsiplərinə zidd hərəkət edir.

“Çin buna kəskin etirazını ifadə edir”, – deyə vurğulanır.

Çin bundan əvvəl Honkonqla bağlı Çin rəsmilərinə sanksiya tətbiq edilməsinə görə ABŞ-a etiraz etmişdi.

DOSYE.ORG

COMMENTS