Çin hökuməti “Kommunist Partiyasına sadiq Çinlilər” olmaları üçün təxminən 23 milyon Uyğur türklərindən ibarət olan müsəlmanlara kurs mərkəzləri və düşərgələr qurub.
Dosye.org xəbər verir ki, İngiltərənin beynəlxalq xəbər agentliyi “Reuters” Çinin müsəlman türkləri dövlətə uyğun şəkildə yetişdirmək üçün qurduğu peşə təhsil mərkəzini ziyarət edib. Bu kurs mərkəzlərində təhsil alan bir milyon uyğur “Biz könüllü olaraq buradayıq. Məqsədimiz bütün radikal fikirləri təmizləməkdir” şəklində ifadələrdən istifadə ediblər.
Bir tərəfdən şəffaf bir siyasət tətbiq etmə təəssüratını oyandırmağa çalışarkən, digər tərəfdən də “İslamı Çinliləşdirmə” siyasəti yürüdən Çində yanvar ayının əvvəlində səkkiz vilayətdən Müsəlman nümayəndələrin qatıldığı yığıncaqda önümüzdəki beş il ərzində izləniləcək İslam siyasətinin ana xəttləri təyin edilib.
Yığıncaqda 2019-cu ilin kritik əhəmiyyətə sahib olduğu vurğulanaraq “Müsəlmanlar siyasi mövqelərini yaxşılaşdırmalı və partiya rəhbərliyinə güvənməlidirlər” şəklində ifadələr səslənib.
Dosye.org
COMMENTS