Cİzgi filmində homoseksuallıq təbliğ olunur – Video

Türkiyə KİV-i Disney kanalında yayımlanan Fransa istehsalı olan cizgi filminə sərt xəbərdarlıq edib.

“Disney Channel” kanalında efirə gedən “Möcüzə: parabizən və qara pişik” cizgi serialında homoseksuallığın təbliğ edilməsi sərt qınanılıb.

Animasiya serialında  LGBT( Lezbiyan, Gey, Biseksual və Transgender) təbliğ olunmasının uşaqların tərbiyəsini pozduğu iddia edilib.

Homoseksualizm, xüsusilə ikinci sezondan sonra seriala daxil olan cizgi film personajları ilə uşaqların zehninə yeridilir. Belə ki, obrazların bəzisi ilk baxışdan qız kimi geyinsə də sonradan onların oğlan olduğu ortaya çıxır.

Başqa bölümlərin birində ailələrdən birində iki qızın valideynlərinin hər ikisi qadındır. Uşaqlar hər ikisinə “ana” deyirlər və qadınlardan birinin kişiyə bənzədilməsi diqqət çəkir.

Qeyd edək ki, bir çox ölkədə, xüsusən də Rusiya və Səudiyyə Ərəbistanda serialın müəyyən hissələrinin efirə getməsinə qadağa qoyulub.

Həmin görüntüləri təqdim edirik:

Cİzgi filmində homoseksuallıq təbliğ olunur  - Video
Cİzgi filmində homoseksuallıq təbliğ olunur  - Video
Cİzgi filmində homoseksuallıq təbliğ olunur  - Video

COMMENTS