ÇL-də daha iki 1/4 finalçı müəyyənləşdi

ÇL-də daha iki 1/4 finalçı müəyyənləşdi

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

QOL.az xəbər verir ki, bu gün daha 2 1/4 finalçının adına aydınlıq gəlib. “Arsenal” “Portu”nu qəbul edib. Görüşün əsas vaxtı London klubunun 1:0 hesablı qələbəsi ilə başa çatdığı üçün əlaq vaxta ehtiya duyulub. Burada hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. 4:2 hesabı ilə qalib gələn “Arsenal” 1/4 finala yüksəlib.

“Napoli” ilə “Barselona”nın qonağı olub. İlk qarşılaşmada 1:1 hesablı heç-heçə edən Kataloniya təmsilçisi cavab oyununda 3:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adını yazdırıb.

Qeyd edək ki, bundan əvvəl “Bavariya”, PSJ, “Mançester Siti” və “Real” 1/4 finala vəsiqə qazanıb.

12 mart

00:00. “Arsenal” (İngiltərə) – “Portu” (Portuqaliya) – 1:0 (penaltilər seriyası – 4:2)

Qol: Trossard, 41
İlk oyun – 0:1

00:00. “Barselona” (İspaniya) – “Napoli” (İtaliya) – 3:1

Qollar: Lopes, 15 (1:0), Kanselu, 17 (2:1), Rrahmani, 30 (2:1), Levandovski, 83 (3:1)
İlk oyun – 1:1

13 mart

00:00. “Atletiko” (İspaniya)  – “İnter” (İtaliya)

İlk oyun – 0:1

00:00. “Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland)
İlk oyun – 1:1

5 mart

“Bavariya” (Almaniya) – “Latsio” (İtaliya) – 3:0

“Real Sosyedad” (İspaniya) – PSJ (Fransa) – 1:2

6 mart

“Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka) – 3:1
İlk oyun – 3:1

00:00. “Real” (İspaniya) – “Leyptsiq”  (Almaniya) – 1:1
İlk oyun – 1:0

COMMENTS