“Coca-Cola”nın direktorunu öldürən Azərbaycan vətəndaşı həbs edildi

Sankt-Peterburqun Oktyabrski rayon məhkəməsi Coca-Cola zavodunun direktoru Dmitri Soşnevin öldürülməsində şübhəli bilinən Azərbaycan vətəndaşı Denis Çxitauri barəsində iki aylıq həbsqətimkan tədbiri seçib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bundan əvvəl qətldə təqsirkar hesab olunan Vyaçeslav Finoqenov da tutulub. Məlumatda qeyd edilir ki, sorğu-sual zamanı onlar günahlarını boyunlarına alaraq cinayəti necə törətdiklərini istintaqa söyləyiblər. İstintaqın versiyasına görə, şübhəlilər noyabrın 28-də Soşnevə Peterburqun Frunzenski rayonu ərazisindəki qarajların yanında görüş təyin ediblər.

Finoqenov onu əldəqayırma silahla güllələyib, bundan sonra 150 min rubl və BMW avtomobilinin sənədlərini götürüblər. Məqsədləri avtomobili 1 milyon rubla satmaq olub.

COMMENTS