“İŞİD terror qruplaşmasının sonuna sayıla günlər qalıb”.
Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri Tunisə səfəri çərçivəsində Suriyadakı böhrandan danışarkən bildirib.
Onun sözlərinə görə, Amerikanın başçılıq elədiyi anti-İŞİD koalisiyası terror qruplaşmasına aviazərbələri davam etdirir və son əməliyyatların birində Londondan olan ekstremist başkəsən, “Cihad Con” ləqəbli Mühəmməd Emvazi də məhv edilib.
ABŞ dövlət katibi güman edir ki, İŞİD-in tezliklə sonu gələcək.
“Hələliksə koalisiyanın hərbi rəhbərliyi həyata keçirilən döyüş uçuşlarının dəyərləndirməsini aparır” – əlavə edib Amerika xarici siyasət idarəsinin başçısı.
COMMENTS