Top.Mail.Ru

COVID-19 pandemiyasının bitəcəyi tarix açıqlandı

COVID-19 pandemiyasının bitəcəyi tarix açıqlandı

“COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bizi göstəriciləri aşağı salmaq lazımdır”.

Dosye.org Modern.az-a istinadən xəbər verir ki, bu fikri “Microsoft” korporasiyasının banisi Bill Qeyts “Fox News” telekanalına müsahibəsində səsləndirib.

Bill Qeytsə ABŞ-da və dünyada sanitar-epidemiologiya vəziyyətin bütövlükdə nə vaxt normallaşa biləcəyi barədə sual verilib. “Bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə əgər başqa ölkələrə kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək”.

“Allaha şükür ki, peyvəndi inkişaf etdirmə texnologiyaları artıq mövcuddur, maliyyə işi alındı və şirkətlər ən yaxşı mütəxəssislərini təmin etdilər. Bu səbəbdən nikbinəm ki, bütün bunlar əbədi qalmayacaq”,- deyə Bill Qeyts  qeyd edib.

DOSYE.ORG

COMMENTS