“Çox pis oynadıq, narazıyam” – Visente Qomes

“Çox pis oynadıq, narazıyam” – Visente Qomes

“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 4-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Qol.az xəbər verir ki, o,  1:2 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

– Ümumi olaraq, çox pis oynadıq. Oyunumuzdan narazıyam. İlk qoldan sonra matçı həll edə bilərdik, amma olmadı. “Səbail” qoldan sonra bizdən üstün oynadı və qələbə qazandı.

– Komanda son iki turda qol buraxmasa da, bu gün Bəhlul Mustafazadə ehtiyatda idi. Bu, sizin qərarınız idi, yoxsa zədəsi var?

– Həftə ərzində Bəhlulda bir az narahatlıq var idi və ona görə qərar verdim ki, ehtiyatda qalsın.

– Şakir Seyidovla bağlı nə düşünürsüz?

– Komandaya gəldiyimdən Şakir komandada deyil. Bunu klubdan soruşmaq lazımdır ki, o, nə üçün heyətdən kənarda qalıb.

– İki penalti epizoduyla və hakimliklə bağlı fikirləriniz necədir?

– Hakimlər barəsində danışmaq istəmirəm və bu üzrə mütəxəssis deyiləm. Onlara gələcəkdə uğurlar arzu edirəm.

– Komanda ikinci hissədə inamsız çıxış etdi. Sizə elə gəlmir ki, komandanız qələbəyə çox tez inandı?

– Açığı, istədiyimiz oyunu oynaya bilmədik. Bu matçı təhlil edərək, nəticələr çıxaracağıq.

DOSYE.ORG

COMMENTS