DƏHŞƏT: 75 yaşlı qadını öldürüb quyuya atdılar

DƏHŞƏT: 75 yaşlı qadını öldürüb quyuya atdılar

Naxçıvanda dəhşətli cinayət törədilib.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Şərur rayonunun Oğlanqala kəndində qeydə alınıb.

Kənd sakini, 1950-ci il təvəllüdlü Zeynəb İsmayılova dəmir parçası ilə qətlə yetirilib.

Hadisədən sonra onun meyiti kənd ərazisindəki quyuya atılıb.

Bir gün itkin düşən qadının yaxınları onu axtarçağa başlayıblar. 75 yaşlı qadının meyiti kənd ərazisindəki quyudan tapılıb.

Polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən iki qadın saxlanılıb.

Saxlanılan qadınlar mərhumun həmkəndliləridir. Onlar tamah məqsədi ilə qadını öldürüb quyuya atıblar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

COMMENTS