DƏHŞƏTLİ QƏZA: Yük avtomobili taksiyə çırpıldı

DƏHŞƏTLİ QƏZA: Yük avtomobili taksiyə çırpıldı

Bakının əsas prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında H.Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının qarşısında baş verib.

“MAN” markalı yük maşını BYD markalı minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində minik avtomobili aşıb.

Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.

Aidiyyəti quruma sorğu ünvanlanıb.

Əzizə İsmayılova

COMMENTS