Bu gün Hindistanın şimal-şərqindəki Arunaçal-Pradeş əyalətinin Vest Kamenq dairəsində yük maşını qəzaya uğrayıb.
Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, TATA markalı yük maşını naməlum səbəbdən Betçellinq kəndi yaxınlığında dağlıq ərazidən keçən yoldan çıxıb və 100 metr yüksəklikdən uçuruma düşüb. Hadisə nəticəsində 17 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Hadisə yerində yaralılara ilk yardımı və xilasetmə işlərini yerli sakinlər həyata keçirib. Yolun uzaqlığı səbəbindən təcili tibbi yardım briqadası hadisə yerinə həddindən gec gəlib. Arunaçal-Pradeşa ştatının baş naziri Kalikxo Pul bəyan edib ki, hökumət ölən və yaralalanların ailəsinə yardım edəcək.
COMMENTS