Dərbənd şəhərində dörd terrorçunun məhv edilməsi ilə başa çatdırıldığı bildirilən antiterror əməliyyatı bazar günü səhər saatlarında davam edəcək.
Modern.az saytı xəbər verir ki, bu barədə Rusiya mətbuatı Dağıstan Respublikasının hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Səbəb kimi qaranlığın düşməsi göstərilir. Xatırladaq ki, əməliyyatın gedişində 17 polis əməkdaşı yaralanıb, iki nəfər xüsusi təyinatlı qətlə yetirilib. Baş verənlərə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Qeyd edək ki, bu gün Dərbənddə çoxmərtəbəli binada mövqe tutmuş silahlılara qarşı keçirilmiş xüsusi əməliyyat zamanı dörd silahlı öldürülüb. Məlumata görə, atışma zamanı 15 polis yaralanıb, 2-si həlak olub.
COMMENTS