Dənizkənarı Parkda intihara cəhd olub

Bakıda intihara cəhdin qarşısı alınıb.Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər kişi intihar etmək məqsədilə özünü dənizə atıb. Dərhal hadisə yerinə cəlb edilmiş FHN-in dalğıc-xilasediciləri həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.  

COMMENTS