“Azərbaycanla oyunöncəsi yaxşı ki, Estoniyaya uduzduq”- Tarik Elyunussi

“Azərbaycanla oyunöncəsi yaxşı ki, Estoniyaya uduzduq”- Tarik Elyunussi

“Avro-2016″nın seçmə mərhələsində sabah millimizin qonağı olacaq Norveç yığmasının futbolçusu Tarik Elyunussi Bakıya səfər öncəsi qarşıdakı oyunla bağlı danışıb.

 

Qol.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Azərbaycanla oyunun tamamilə fərqli olacağını bildirib:

“Estoniyaya uduzmaq qorxunc idi. Məğlub olmağı heç bir futbolçu sevmir. Ancaq bu məğlubiyyət mənə o qədər də pis təsir etmədi. Yaxşı ki, Estoniyaya uduzduq. Çünki bu, bizə dərs olacaq. Azərbaycanla oyuna qədər Malta və Bolqarıstana qalib gəldik. Lakin bu oyun tamamilə fərqli olacaq. Özümüzü toparlayaraq qələbə qazanmalıyıq”.

Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Norveç oyunu saat 21:00-da başlayacaq.

COMMENTS