Dabo Azərbaycanla vidalaşdı

Dabo Azərbaycanla vidalaşdı

“Neftçi” ilə müqaviləsi başa çatan Baqali Dabo Azərbaycanla vidalaşıb. 

Qol.az xəbər verir ki, bu barədə o, “İnstaqram” hesabında yazıb.

Dabo ölkəmizdəki 4 il ərzində keçirdiyi hər anı heç vaxt unutmayacağını və Azərbaycan üçün hər şeyin ən yaxşısını diləyini bildirib.

Qeyd edək ki, B. Dabo 2016 – 2018-ci illərdə “Qəbələ”də, 2018-ci ildən “Neftçi”də çıxış edib. Onun Bakı təmsilçisi ilə müqaviləsi iyunun 30-da başa çatıb.

Xatırladaq ki, Dabonun “Qarabağ” forması ilə görüntüsü yayıldığı üçün “Neftçi” ona maliyyə sanksiyası tətbiq etmiş, həmçinin qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcəyini açıqlamışdı.

DOSYE.ORG

COMMENTS