Dadaşov qol vurdu, “Şalke” qalib gəldi

Dadaşov qol vurdu, “Şalke” qalib gəldi

Almaniyanın Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun da çıxış etdiyi “Şalke-2” doğma meydanda “Uerdingen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da Dadaşov vurub. Azərbaycanlı futbolçu 79-cu dəqiqədə fərqlənib.

Qeyd edək ki, “Şalke-2” bu nəticədən sonra 19 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

DOSYE.ORG

COMMENTS