Dadaşov “Tondela”nı yarımfinala yüksəltdi – 96-cı dəqiqə qolu ilə

Dadaşov “Tondela”nı yarımfinala yüksəltdi – 96-cı dəqiqə qolu ilə

Portuqaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi“Tondela” səfərdə “Rio Ave” ilə qarşılaşıb.

Görüşün əsas vaxtı qolsuz başa çatıb. Buna görə də əlavə vaxta ehtiyac yaranıb. 95-ci dəqiqədə meydana daxil olan Dadaşov cəmi bir dəqiqə sonra komandasının çox vacib qolunu vurub. Bu qol oyunda yeganə olub və “Tondela” yarımfinala vəsiqə qazanıb.

DOSYE.ORG

COMMENTS