Dağıstanlı cihadçılar Azərbaycan üzərindən Suriyaya gedir

Dağıstanlı cihadçılar Azərbaycan üzərindən Suriyaya gedir

Dağıstanın hüquq-mühafizə orqanları “əl-Qaidə” və “İslam Dövləti”nin tərkibində döyüşmək üçün Suriyaya gedən ən azı 20 yerli sakini beynəlxalq axtarışa verib.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda situasiya ilə tanış olan mənbə “İnterfaks”a bildirib.

“İlin əvvəlindən ən azı 20 Dağıstan sakini qiyabi olaraq ittiham olunub, həbs edilib və ya İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Onlar Suriyadakı terrorçuların yanına gediblər”- deyə mənbə bildirib.

Mənbənin bildirdiyinə görə, çoxsaylı cinayət işləri sübut edir ki, “cihadçılar” Suriyaya Türkiyə ərazisindən keçirlər: “Bəziləri Azərbaycana gedir, oradan Suriyaya yollanır. Terrorçuların Misirdə də təlim düşərgəsi var. Orada onları hazırlayırlar, ərəb dilli öyrədirlər, sonra Suriyaya göndərirlər”.

Dağıstandan İŞİD-ə qoşulmaq üçün gedənlər həm kiçik dağ kəndlərinin, həm də iri şəhərlərin sakinləridir. Onlar əsasən 30 yaşlarında gənclərdir. Gedənlərin bəziləri yaxınları ilə telefon əlaqəsi saxlayır.

“Deməli, onların qayıtmaq fikri var və qayıdanda məsuliyyətə cəlb olunacaqlar”-deyə mənbə qeyd edib.

COMMENTS