Top.Mail.Ru

Daha bir gəlin toy günü sevdiyi oğlanla qaçdı

Dosye.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu dəfə hadisə Oğuzun Muxas kəndində baş verib. Toy dünən olub. Maraqlıdır ki, toy günü qızları Sevincin qaçdığını görən ailə onu bacısı ilə əvəzləyib və toy da gəlinin bacısının iştirakı ilə keçirilib.

Əldə etdiyimiz məlumata görə, gəlin nişanlısı Abidi sevmirmiş və bu səbəbdən sevdiyi şəxslə qaçıb.

Qeyd edək ki, toyu da Manaf Ağayev aparıb.

***

Müğənni Manaf Ağayev “Qafqazinfo”ya açıqlamasında isə Oğuza toya getmədiyini, məsələdən xəbərsiz olduğunu bildirib.

COMMENTS