Daha bir nazirin adı İlham Əliyevin qara siyahısında

Daha bir nazirin adı İlham Əliyevin qara siyahısında

“MTN işi” rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovu da bitirə bilər.

Çünki artıq həbslər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə də keçib. Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov və Bakı Rabitə İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov həbs olunub. Beytulla Hüseynov həm də Eldar Mahmudovun qohumudur.

 İstiqlal.az-a daxil olan məlumata görə, Eldar Mahmudova yaxın şəxslərin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yüksək post tutması səbəbsiz deyil. Bildirilir ki, nazir Əli Abbasovun da Eldar Mahmudovla sıcaq münasibətləri olub. Məhz bu baxımdan Eldar Mahmudov adamlarını mühüm postlara təyin etdirə bilib.

İddialara görə, MTN-dəki şəbəkənin ifşasından sonra Eldar Mahmudovla hansı məmurların işbirliyində olduğu da üzə çıxıb. Bu siyahıda Əli Abbasovun da adı var. Bu baxımdan Əli Abbasovun da cəzalandırılacağı gözləniləndir.

COMMENTS