Daha bir “Qalatasaray”lı koronavirusa qalib gəldi

Daha bir “Qalatasaray”lı koronavirusa qalib gəldi

“Qalatasaray”ın koronavirusa yoluxan vitse-prezidenti Yusuf Günay sağalıb.

Qol.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.

O, koronavirusdan tam sağaldığını və karantin müddətini də geridə qoyduğunu da açıqlayıb:
“Koronavirusdan müalicə olunmaq üçün yatdığım xəstəxanadan evə buraxılandan bəri 15 günlük karantin dövrünü də geridə qoydum. Çox şükür ki, koronavirusa qalib gəldim. Səhhətim də çox yaxşıdır. Bütün xəstələrimizə Allahdan şəfa arzulayıram”.

Qeyd edək ki, “Qalatasaray”ın digər vitse-prezidenti Abdürrahim Albayrakla baş məşqçisi Fatih Terim də koronavirusa yoluxmuş və sağaldıqlarını açıqlamışdılar.

DOSYE.ORG

COMMENTS