Əhməd Yeilməzin serialda hansı obrazı canlandıracağı hələlik məlum deyil
Türkiyədə və dünyada reytinq rekordları qıran “Kurtlar Vadisi Pusu” serialı daha bir tanınmış teatr aktyorunu öz heyətinə transfer edir.
ANS PRESS-in xəbərinə görə, bu barədə filmin yeni – 247-ci seriyasının kadrlarında məlumat nümayiş olunub.
Altyor Əhməd Yeilməzin serialda hansı obrazı canlandıracağı hələlik məlum deyil.
Azərbaycan tamaşaçılarının “Deli Yürek” serialında Sabri obrazı ilə tanıdığı Yenilməz “Ekmek teknesi”, “Acə Hayat”, “Ekip-1”, “Sir qapısı” və s. seriallarda çəkilib.
Xatırladaq ki, “Kurtlar Vadisi Pusu” bundan əvvəl tanınmış aktyor Kayhan Yıldızoğlunu öz heyətinə transfer etmişdi.
COMMENTS