Polis qadının doğranmış cəsədini zibil konteynerində aşkarlayıb
Türkiyədə növbəti qadın zorakılığı hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə İstanbul Üsküdar rayonunun Çəngəlköy məhəlləsində baş verib.
Ötən gün məhəllə sakini 43 yaşlı Tahir K. polis bölməsinə müraciət edərək həyat yoldaşı Kubra K.nin itkin düşdüyünü bildirib. Qardaşı isə bölməyə gedərək Tahirin psixi problemləri olduğunu, vaxtaşırı bu cür şikayətlər etdiyini deyərək onu evə aparıb.
Evin vanna otağında gördüyü qan izi onun yenidən polis bölməsinə getməsinə səbəb olub.
Məlum olub ki, 16 fevral axşamı evdə çay içərkən Tahir K. əsəb sarsıntsı keçirib və mətbəx bıçağı ilə arvadını öldürüb. Daha sonra həyat yoldaşını parçalayan kişi onu zibil qabına atıb.
Məhəllədə aparılan axtarışlar nəticəsində polis qadının doğranmış cəsədini zibil konteynerində aşkarlayıb. Saxlanılan Tahir K. polis bölməsinə aparılıb.
Kubra və Tahir K. Cütlüyünün 17 ildir evli olduğu, şübhəlinin 11 ildir şizofreniyadan müalicə olunduğu, 4 ildir əlillikdən pensiyaya çıxdığı bildirilib.
COMMENTS