Daha işlənmiş silah almayacağıq – Erməni deputat

Daha işlənmiş silah almayacağıq – Erməni deputat

“Ermənistan bundan sonra heç vaxt istifadə edilmiş silahlar almayacaq”.

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan deyib.

“Yalnız yeni silahlar alınacaq”, – deputat əlavə edib.

Onun rəhbərlik etdiyi komissiyada büdcə müzakirələri zamanı Müdafiə Nazirliyinin xərcləri və müdafiə silahlarının alınması konsepsiyası müzakirə olunub.

COMMENTS