Dalaşan dostlarını ayıran gənc bıçaqlandı: vəziyyəti ağırdır

Bu gecə Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Qanlı hadisə Zabrat qəsəbəsində qeydı alınıb.
 
Musavat.com-un məlumatına görə, Şabran rayon sakini Vüsal Məmmədov bıçaqlanıb. Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun damarı kəsildiuyi üçün xeyli qan itirib. Yaralı əməliyyat olunub, vəziyyəti orta ağırdır.
 
İlkin məlumata görə, Vüsal Məmmədov dostları arasında yaranan mübahisəni sakitləşdirmək istəyərkən bıçaqlanıb.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 

COMMENTS