Danimarka hüquq-mühafizə orqanları bildiriblər ki, paytaxtın mərkəzindəki kafeyə hücum edənin izinə düşüblər.
ANS PRESS-in məlumatına görə, Reuters xəbər verir ki, bunu polis qüvvələri mətbuat konfransı zamanı bildirib.
Polisin dəmiryol stansiyası tərəfdə şübhəli ilə atışmaya düşdüyü deyilir.
Brifinq zamanı hüquq mühafizə orqanları xəbər veriblər ki, polislə atışma zamanı güman edilən cinayətkar yaralanıb.
Hadisənin detalları araşdırılır.
COMMENTS