Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ŞOK FAKT

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ŞOK FAKT

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində özbaşınalıq davam edir.

Bu barədə DOSYE.ORG-a məlumat verən mənbə bildirir ki, qanunsuz ərazilərdə fəaliyyət göstərən obiyektlərə çıxarış verilməsi üçün adı hallanan qurumun əməkdaşını köhnə qaydalarla “görüm-baxım” edəsən. Əslində, evlərə və obiyektlərə çıxarış bir başa İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətəsinin razılığı əsasında verilir. Lakin, Binəqədi rayonunda tam əksinin şahidi olduq. Bir sözlə park ərazisində fəaliyyət göstərən oiyektə çıxarış verilir.

Həmən ərazi komitənin sistemində “ümumi istifadəyə yararlı” ərazi kimi göstərilsədə, necə deyərlər, “pulunu ver, şəkilini çəkdir”. Baxmayaraq ki, prezident İlham Əliyev park ərazilərini genişləndirmək məqsədi ilə müəyyən tapşırıqlarını verib. Yəni, ərazidə obiyektlərə çıxarış verilməsi qadağan edilir. Prezidentin tapşırıqlarını qulaqardına vuran bəzi məmurlar hələ də öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Nəticə etibarı ilə qeyd edə bilərik ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi birgə “bazarlıq” oyunlarını davam etdirir. Növbəti yazılarımızda konkret sənədlər və digər faktlarla adı hallanan qurumun əməkdaşlarının “əl işini” sizə təqdim edəcəyik.

Bizi izləməyi unutmayın.

DOSYE.ORG

COMMENTS