“Flaqman” MMC-nin rəhbəri jurnalistləri MTN-lə hədələyir

“Flaqman” MMC-nin rəhbəri jurnalistləri MTN-lə hədələyir

MTN kimi qurumun ləğv olduğunu bilən sahibkar təəcübləndi…

Ötən gün Abşeron rayonunda fəaliyyət göstərən “Flaqman” MMC-nin istehsal etdiyi kolbasalarla bağlı ictimayətə məlumat vermişdik.

Məlumat dosye.org saytında yayımlandıqdan sonra bir neçə vətəndaş redaksiyamızla əlaqə saxlayaraq “Flaqman” istehsalı olan kolbasalarla bağlı daha tutarlı faktlar diqqətimizə çatdırdı. Belə ki, sözügedən MMC-yə mənşəli bilinməyən ət məhsulları gecə saatlarında gətirilirmiş.

Məlumatda daha sonra vurğulanır ki, mənşəli bilinməyən ət məhsulları ən çox Quba, Qusar və Xaçmaz rayonlarından daşınır. Bundan sonra heç bir qurum tərəfindən yoxlanılmadan istehsal olunur. Lakin antisanitariyanın baş alıb getdiyi isə heç kimi maraqlandırmır. Məsələnin ciddiliyini nəzərə alıb “Flaqman” MMC-nin direktoru Vuqar Əmrullayev telefon əlaqəsi yaratdıq. Və məsələnin mahiyyəti barəsində direktora məlumat verdik.

Qarşı tərəf kimi münasibət bildirmək əvəzinə Vuqar Əmrullayev redaksiyamızı MTN-lə hədələdi. Hətta dosye.org saytın rəhbərliyini MTN-ə gətizdirəcəyini və orda şəxsən özü tənbeh edəcəyini belə çəkinmədən bildirdi. Bizdə öz növbəmizdə V. Əmrullayev MTN kimi qurumun artıq olmadığını və DTX-nin fəaliyyətini diqqətinə çatdırdıq. Görünür, Vuqar Əmrullayev MTN-lə iş birliyini hələdə unutmayıb.

Dosye.org olaraq “Flaqman” MMC-nin direktoruna xatırlatmaq istəyirik ki, sizin Akif Çovdarovunuz, Eldar Mahmudovunuz və digərləriniz dövlətimizə xəyanət etdiklərinə görə cəzalandırıldılar. Çox istərdik ki, hüquq mühafizə orqanlar adı hallanan “Flaqman” MMC-nin və rəhbərliyinin fəaliyyətini dərindən araşdırsınlar. Bu barədə lazımı qurumlara rəsmi məktub ünvanlanacaq. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın.

DOSYE.ORG

COMMENTS