Türkiyənin baş naziri Əhməd Davudoğlu rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının İstanbul şöbəsinin beşinci konqresində iştirak edib.
“Report” Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, baş nazir çıxışı zamanı bildirib: “Burdan elan edirəm: Biz nə yəhudi lobbisinə, nə erməni lobbisinə, nə də yunan lobbisinə boyun əydik, bundan sonra da əyməyəcəyik. Onlara mesaj göndərən paralel lobbiyə də müraciət edirəm: Harada olursunuz olun, izzətlə qarşınızda dayanacağıq, bu millətə, bu vətənə etdiyiniz bu xəyanətə görə zəlil olacaqsınız”.
COMMENTS