Daxili işlər naziri istefa verdi

Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze istefa verib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bununla bağlı bəyanatı nazirliyin mətbuat xidməti yayıb: “Mənim istefam bir neçə nəfərin guya Vazaqaşvilinin qatilini himayə etməyimlə bağlıdır. Bu ittihamın reallıqla heç bir bağlılığı olmamasına baxmayaraq, mənəvi cavabdehlik hiss etdiyimdən nazir postunu tərk edirəm”.

Hüquq müdafiəçisi Yuri Vazaqaşvili yanvarın 20-də qəbiristanlıqda baş verən partlayış zamanı həlak olub.

COMMENTS