Top.Mail.Ru

Daxili İşlər Naziri Vilayət Eyvazova MÜRACİƏT OLUNDU

Daxili İşlər Naziri Vilayət Eyvazova MÜRACİƏT OLUNDU

Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Dosye.org informasiya agentliyinin baş direktoru Elman Qənbərov tərəfindən

MÜRACİƏT

Cənab nazir!

Dünyanı bürüyən koronavirusa (COVID-19) yoluxma halları ölkəmizdəndə yan keçməyib. Bütün səylərə baxmayaraq bu bəladan qurtulmaq hələ də problemə çevrilib. Əlbətdə ki, dövlətimizin atdığı alqışalayıq addımlar qismən də olsa müsbət təsirini göstərir. Səhiyyə işçilərimizlə yanaşı polis əməkdaşların göstərdiyi şücayət təbii ki, əvəzolunmazdır. Polislər həkimlərimizlə çiyin-çiyinə bu çətin mübarizənin önündə durduqlarını gördükdə, tezliklə pandemiyaya qalib gələcəyimizi düşünürük.

Cənab nazir!

Bütün sahələrdə baş verən bəzi problemləri görməmək və eyni zamanda ictimailəşdirməmək sözün həqiqi mənasında media sahəsinə ən böyük xəyanətdir. İş olan yerdə nöqsan qaçılmazdır. Zaman-zaman qarşılaşdığımız problemlər və onların həlli istiqamtində adılan addımlar cəmiyyətimiz tərəfindən alqışlanır. Müəyyən zaman keçdikdən sonra həmən problemlər aradan qaldırılır və vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər isə cəzalandırılır. Lakin qeyd etdiyimiz nöqsanların heç birini Azərbaycan Polisinə və ölkədə sabitliyin qorunmasında müstəsna xidmətləri olan hüquq mühafizə orqanlarında görmək belə istəmirik. Azərbaycan vətəndaşı olaraq hər zaman polisimizə güvənmək və dövlətimizin qorunmasında əl-ələ verib bir nöqtəyə zərbə vurmaq üçün çalışmalıyıq.

Cənab nazir!

15 iyun tarixdə ölkədə sərt karantrin rejimi tədbiq olunduğu bir zamanda Xırdalan şəhər “Bizim Market” ərazisinə yaxın hündür mərtəbəli binanın sakinləri karantin rejimini pozduğunu görüb lentə almağı qərara aldım. Düşündüm ki, hündürlükdən lentə almaq daha effekli və aydın görünər. Binanın giriş padezində mülki geyimli və sərxoş halda olan, tanımadığım şəxs özünü polis əməkdaşı kimi təqdim edərək, mənim kim olduğumu sordu. Mən jurnalist olduğumu dedim və mənə yaxın durmamağı xahiş etdim. Bu minvalla liftə minərək yuxarı mərtəbələrə qalxmağa başladım. Özünü polis əməkdaşı kimi təqdim edən şəxsdə mənimlə bərabər liftlə qalxdı. 10-cu mərtəbədə məni hədələyərək təhqir etməyə başlayanda, mən ona diqqətli olmağı və eyni zamanda polis adına ləkə gətirəcəyini söylədim. Mənə “get hara istəyirsən yaz, sən kimsən ki, bura gəlmisən?”.  Aramızda mübahisə yaranmasın deyə mən yavaş-yavaş pilləkənlərlə aşağı düşməyə başladım. Lakin “polis” əməkdaşı kimi təqdim edən şəxs mənə yumuruq zərbələri ilə vurmağa başladı. Sadəcə polis adını hallandığına görə mən yumuruq zərbələrinə qarşılıqlı cavab vermədim. Həmən şəxs məni binanın 10-cu mərtəbəsindən atacağını, öldürəcəyini və digər hədələrlə aşağı saldı. Biz padezin qarşısından binanın həyətinə çıxanda təqribən 6-7 nəfər gənc oğlanlar bizə yaxınlaşdı. Onların iki nəfəri mənə əl-qol ataraq binadan uzaqlaşdırdılar. Etiraf edim ki, məsələni hüquqi yolla həll edəcəyimi düşünüb, onlardan ayrıldım.

Cənab nazir!

Əgər doğrudanda həmən şəxs polis əməkdaşıdırsa, nə üçün tanımadığı şəxslə bu cür aqresiv davranır? Doğrudanda həmən şəxs polis əməkdaşıdırsa, nə üçün sərxoş halda özünü vətəndaş kimi deyil, polis əməkdaşı kimi təqdim edir? Bunun bir adı var. Polis- xalq arasında nifaq və təxribat yaratmaqdır.

Yox, əgər polis əməkdaşı deyilsə nə üçün polis adından istifadə edir. Görünür, son günlər baş verən xoşagəlməz olaylar hələdə bəzi şəxslərə dərs olmayıb. Mən özünü polis kimi təqdim edən şəxsə Daxili İşlər Naziri cənab Vilayət Eyvazova şikayət edəcəyimi dedikdə, “hara gedirsən get” cavabını verdi.

Mən sizlərdən xahiş edirəm ki, özünü polis kimi təqdim edən həmən sərxoş şəxsin kimliyinin araşdırılması üçün göstəriş verəsiniz. Polis adına xələl gətirən, cəmiyyət arasında polislərin nüfüzünə zərbə vuran istənilən şəxs ən layiqli cəzasını alır və inanıram ki, bundan sonrada alacaq.

Hörmətlə, Dosye.org saytın baş direktoru Elman Qənbərov

COMMENTS