Daxili İşlər Naziri Ramil Usubova şikayət olundu

Dosye.org-a Sumqayıt şəhəri 36 məhəllə 8/29 mənzil 1 ünvanında kirayədə yaşayan ehtiyyatda olan mayor Hüseynov Elburus Telman oğlu tərəfindən Daxili İşlər Naziri Ramil Usibova şikayət məktubu ünvanlanıb.

 

Məktubu olduğu kimi ixtiyarınıza veririk:

 

“Bir daha Sizə müraciət etmək istəyirəm və inanıram ki, mənim müraciətimə diqqət yönəldəcəksiniz, 20.12.2013-cü il tarixdən etibarən dəfələrlə etdiyim müraciətimə baxılmayaraq qalmaqdadır və mən 1974-cü ildə Ermənistan Respublikasının Qəməri rayonunda anadan olmuşam, azərbaycanlıyam, 1992-ci ildən 1996-cı ilədək Riyazan Ali Hərbi Hava Desant komandirləri məktəbində oxumuşam. Oranı bitirdikdən sonra könüllü olaraq 1996-cı ilin iyun ayından 2002-ci ilin avqust ayınadək 772 saylı xüsusi təyinatlı hərbi hissədə qrup komandiri vəzifəsindən hərbi hissə komandirinin müavini vəzifəsində xidmət etmişəm, 2002-ci ilin avqust ayından 2004-cü ilin avqust ayınadək kapitan rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında oxumuşam, mənə bəlli olmayan səbəblərə görə məni digər qoşun növlərinə göndərdilər 2004-cü ilin avqust ayından 2005-ci ilin oktyabr ayınadək 130 saylı hərbi hissədə, 2005-ci ilin oktyabr ayından 2008-ci ilin may ayınadək 812 saylı hərbi hissədə, 2008-ci ilin may ayından 2009-cu ilin aprel ayınadək 777 saylı hərbi hissədə xidmət etmişəm.

 

2009-cu ilin aprel ayına qədər müxtəlif vəzifələrdə briqada komandirinin müavini vəzifəsinədək yüksəlmişəm, xidmət müddətimdə bir çox orden və medallarla təltif olunmuşam, 2009-cu ilin aprel ayında Silahlı Qüvvələrdən ehtiyata buraxılmışam.

 

Hörmətli nazir, cənab Başçı və İdarə rəisi !

 

Sizdən xahiş edirəm ki, aşağıda qeyd etdiyyim qanunların tələblərin və mənim xahişimi nəzərə alaraq mənə kömək edəsiniz.

 

1. Sumqayıt şəhərində yaşadığım üçün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətindən şəxsi işimin Sumqayıt şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə göndərilməsinə göstəriş verilməyinizi.

 

2. Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər pasport qeydiyyatına qoyulmağıma və mənə şəxsiyyət vəsiqəsinin verilməsinə göstəriş verilməyinizi.

 

3. Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991-ci il tarixli 36 №li qanunun 12 maddəsinə əsasən yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almağıma və ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənilməsini.

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 №li qərarına əsasən ehtiyyatda olan hərbi qulluqçu kimi məni ev təminatı növbəsinə götürülməsi və müvəqqəti mənzil kirayəsi xərclərini ödənilməsini.

 

20 il döyüş şəraitində xidmət etmişəm, evim yoxdur, kirayədə qalıram, ailəliyəm 2 övladım var, mənim və ailəmin yaşamağa yerimiz yoxdur”.

 

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

COMMENTS