Daxili orqanında narkotik gətirənə 9 il cəza

Daxili orqanında narkotik gətirənə 9 il cəza

İrandan Azərbaycana narkotik gətirən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqar İsgəndərovun cinayət işi üzrə məhkəməsi iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Vüqar İsgəndərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qaçaqmalçılıq, külli miqdarda narkotik əldə etmə və satmada təqsirləndirilən İsgəndərov daha əvvəl də məhkumluq həyatı yaşayıb. O daha əvvəl quldurluq törədibmiş.

Qeyd edək ki, sonuncu əməlində Vüqar İsgəndərov İrandan əldə etdiyi narkotiki daxili orqanlarında gömrükdən keçirən zaman saxlanılıb.

DOSYE.ORG

COMMENTS