Top.Mail.Ru

De Byazi təyinatından danışdı – Azərbaycan dilində

De Byazi təyinatından danışdı – Azərbaycan dilində

Bu gün AFFA ilə rəsmi müqavilə imzalayan Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi təyinatı ilə bağlı danışıb.

Qol.az AFFA-nın rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis fikirlərini Azərbaycan dilində bildirib: “Hamıya salam. Mən Canni De Byazi. Biz birlikdə böyük uğurlara imza atacağıq. Birlikdə inanaq”.

Qeyd edək ki, 64 yaşlı mütəxəssis AFFA ilə sözləşməsi UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

DOSYE.ORG

COMMENTS