Denis Silva: “Bu, “Partizan”ın oyununa təsir etməyəcək”

Denis Silva: “Bu, “Partizan”ın oyununa təsir etməyəcək”

“Partizan”ın bu gün bizə qol vurmağa imkan verməyəcəyi gözləniləndir. Ancaq bu oyuna böyük motivasiya ilə çıxacağıq və Avropa Liqasının qrup mərhələsinə düşəcəyimizə inanıram”.

 

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi” klubunun müdafiəçisi Denis Silva Serbiya mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının pley-off mərhələsinin ilk görüşü çərçivəsində bu axşam qarşılaşacaqları “Partizan”la matç haqda danışan braziliyalı futbolçu rəqib komandanın daxilində olan problemlərin onların oyununa təsir etməyəcəyini bildirib: “Partizan” klubunun daxilində dəqiq nələrin baş verdiyini bilmirik. Bu problemlər klubdan-kluba dəyişir. Lakin mən bunun “Partizan”ın oyununa təsir etməyəcəyini düşünürəm. Nikolas Kanalesə gəlincə onun bu axşam meydana çıxması bizim qələbə qazanmaq şanslarımızı daha da artırır”.

Qeyd edək ki, Belqradda keçiriləcək “Partizan” – “Neftçi” oyunu bu gün, Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

COMMENTS