Deputat: “Əxlaqsızlıq yuvalarını vəzifəli şəxslər himayə edir”

“Bəzi otellərdə əxlaqsızlıq yuvaları təşkil olunur. Bunların da arxasında bəzi vəzifəli şəxslər dayanır. Onlar belə otellərə himayədarlıq edirlər”.

Bunu azvision.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, paytaxt Bakıda priton məkanların himayədarları var: “Həmin otellər hər hansı bir formada bu funksiyanı həyata keçirməməlidirlər. Polislər otellərdə əxlaqsızlıq yuvaları akşar edirlərsə, mütləq şəkildə Mədəniyyət və Turizm Nazirliyinə təqdimat verməlidirlər. Bundan sonra həmin otellərin lisenziyası ləğv olunmalı və fəaliyyətləri qadağan edilməlidir.

Belə fəaliyyətlə məğul olan otellərin arxasında vəzifəli şəxslərlər durur. Həmin yüksək vəzifəli şəxslər belə otellərə himayədarlıq edirlər. Bu himayəliyin qarşısının alınmasının yeganə yolu qanunun tətbiqidir. Həmin otellər yoxlanılmalı və lisenziyaları ləğv olunmalıdır”.

COMMENTS