Deputat erməni pilotların Azərbaycanda dəfn olunmasını təklif etdi

“Azərbaycan ərazisində vurulmuş Ermənistan hərbi helikpterində həlak olmuş şəxslər xristian adəti ilə Azərbaycanda dəfn edilsin”. 

Bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, YAP-çı deputat Aydın Mirzəzadə şəxsi facebook səhifəsində yazıb. 

Deputat qeyd edib ki, noyabr ayının 12-də Ermənistan-Azərbaycan cəbhə xəttində Azərbaycan mövqelərinə hücüm zamanı vurulmuş Ermənistan hərbi helikpteri məsələsi ətrafında proseslər səngimək bilmir: “Düşdüyü çətin siyasi-dipliomatik vəziyyətin ağırlğını dərk edən Ermənistan özünü dolaşdırmaqda davam edir. Bir tərəfdən helikopterin ona məxsus olmadığı bəyan edən işğalçı dövlət, digər tərəfdən proses üzrə provokasiyalarını davam etdirməkdədir. Helikpterin vrulması Ermənistanın Azərbaycana qarşı qəsbkarlığını təsdiq etməklə yanaşı düşmən ölkənin zəifliyini aşıq-aydın biruzə verir. Ermənistan normal qonşuluq münasibətlərin qura bilmədiyi kimi öz əsgərinə sahib durmağı da bacarmır. O bu gün hərbiçilərinin meyidini götürmək üçün heç bir təşəbbüs göstərmir, bunun üçün müvafiq addımlar atmır. Dünən isə Ermənistan guya əməliyyat keçirərək, hərbi pilotlarının birinin meyitini və onun paraşütünü götürdüyünü elan etdi. Ancaq nümayiş etdirilən kadrlarda yanan hərbi texnikadan guya salamat insan bədəni və zərər dəyməmiş paraşüt nümayiş etdirilir”.

A.Mirzəzadə yaranmış durumla bağlı daha sonra bildirib: “Dümən olsalar da, helikopterdə həlak olanlar insanlardır və onların da normal torpağa tapşırılmaq hüququ var. Ermənistanın öz əsgərinə sahib çıxmaq istəməməsini nəzərə alaraq, onların nəşinin götürülərək xristian adəti ilə Azərbaycan ərazisində dəfn edilməsini təklif edirəm. Bu işə Azərbaycanda fəaliyyət göstərən xristian icmalarının din xadimlərini cəlb etmək olar”.

COMMENTS