Deputat vəhabilərin sıx yığışdığı məscidin imamını ittiham etdi

Dünən millət vəkili Fazil Mustafa özünün “Facebook” səhifəsində maraqlı bir statusu ilə diqqət çəkib.

 

XALQ.AZ olaraq həmin statusu diqqətinizə təqdim edirik:

 

“Bu gün İlahiyat Camisində sütundan asılmış qəribə bir xəbərdarlıq vərəqəsi diqqətimi cəlb etdi. Təqribən məzmunu belə idi:

 

“Camidə kənar şəxslərə əlifba dərsi keçilməsinə və söhbət halqası qurulmasına icazə verilmir.” Başqa yerlərdə camilərin qapısını açırlar ki, gəlin bir şeylər öyrənin, insanlar ibadətdən başqa həm də xeyirli işlər barədə söhbətlər aparırlar ki, cəmiyyətin faydasına bir əməl ortaya qoysunlar.

 

Əlbəttə, yazmaq olar ki, camidə terorra çağırış, dövlət quruluşu əleyhinə təbliğat, məzhəblərarası münasibəti zədələyən təbliğat aparmaq yasaqdır, bunu hər kəs anlayışla qarşılar və doğru hesab edər.

 

Ancaq “söhbət həlqəsi” nə deməkdir, açığı anlaya bilmədim. Nə demək istənilir, dairəvi şəkildə deyil, ancaq kvadrat şəklində söhbət aparmaq olar? Kimsə Qurani-Kərimdən başqasına ayə oxumaq və ya öyrətmək üçün caminin imamından icazəmi almalıdır? Bəlkə yazalar ki, məsciddə idmanla məşğul olmaq və ya əsnəmək qəti qadağandır?

 

Bu qədər möhtəşəm bir əxlaq və zəka dini olan İslamı belə təqdim etməyə görə ölkəni cəhalət başına götürüb”.

COMMENTS