Deputatdan yeni 5 manatlığa SƏRT ETİRAZ

Deputatdan yeni 5 manatlığa SƏRT ETİRAZ

Azərbaycanda dövriyəyə yeni pul əsginasları buraxılıb. Hesab edirəm ki, əsginaslarda həm də Azərbaycanın tarixi, mədəniyyəti özünü əks etdirməlidir. Amma yeni buraxılan 5 manatlıq əsginaslarda bu yoxdur. Qeyd edim ki, ermənilər digər xalqların tarixini oğurlayaraq bunu öz valyutarlarında əks etdirirlər.

Bunu Milli Məclisdə çıxışı zamanı deputat Məlahət İbrahimqızı deyib.

O xatırladıb ki, ulu öndər Heydər Əliyevin zamanında Orxan-Yenisey abidələrinin, Dədəqorqudun yubileyləri keçirilib: “Köhnə əsginaslarda bunlar özünü tapmışdı. Yeni əsginaslardan isə bu kimi mədəniyyət abidələri çıxarılıb. Bu da ictimaiyyətdə narahatlığa səbəb olub. Müvafiq qurumlardan bunun səbəbini soruşmaq istərdim. Ən azından Azıx mağarası bu yeni əsginaslarda olmalıdır”.

COMMENTS