Albaniyanın paytaxtı Tirana şəhərində 4 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən qanlı hadisə baş verib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, şəhərin gecə klublarından birinin qarşısında insanlara atəş açan 25 yaşlı Konstantin Cuvani 3 yerli sakini və 60 yaşlı İtaliya vətəndaşını qətlə yetirib. Həbs olunan Cuvaninin Albaniya Sosialist Partiyasından parlamentə üzv olan 50 yaşlı Luiza Cuvaninin oğlu olduğu aydınlaşıb. Deputat qadın oğlunun törətdiyi hadisədən sonra könüllü olaraq deputat mandatından imtina edib.
Konstantin Cuvani bundan əvvəl də ciddi qanun pozuntularına yol verib. 2011-ci ildə 26 yaşlı dostu Alfred Musabellini qətlə yetirdiyinə görə 14 ay həbsxanada yatıb.
COMMENTS