Deyəsən Xocavənd icra başçısının 23 illik fəaliyyətinin sonu çatıb

Deyəsən Xocavənd icra başçısının 23 illik fəaliyyətinin sonu çatıb

eyvaz.jpg

Əvvəla ondan başlayaq ki, Xocavənd İcra başçısı digər icralarla müqayisədə 23 ildir icralıq edir. Deyilənə görə kürsüsü törətdiyi saxtakarlıqlardan çürüdükcə, dövlətdən çaldığı maliyyə ilə yenisini alıb yenə də Xocavənd əhlinə Hafiz Hacıyevin “uddurajam” deyib uddurmadığı qanı uddurur.

Araşdırmalar zamanı məlum olub ki, Xocavənd icra başçısı Eyvaz Hüseynov Sürət Hüsdeynov və Əlikram Hümbətovla can bir qəlbdən dostdurlar. Əcaba bunca zamandır kürsüdə sinməz sözləməz rayonu silib süpürməklə məşqul olub həmin vətənxainlərinimi doydurmağla məşqul olub? Amma Eyvaz hüseynov bu dostluqlarını Qarabağ uğrunda döyüşmüşəm şüarı altında gizlədə bilmişdir.Bu cür vəzifə düşgünü olanların yalanları ücbatından bu gün həqiqətən yardıma ehtiyacı olanlara da heç kəs etimad göstərmir. 

 Maraqlısı odur ki, bütün icra başçıları rayonlarda fəaliyyətləri boyu 2-4 ildən sonra yerdəyişmə qanunu ilə başqa bir rayonda işə başladıqları halda görəsən, Eyvaz Hüseynov hansı xüsusi bacarığı hesabına bir rayonda 23 ildir fəaliyyət göstərir?

Eyvaz Hüseynov təhdidlərə inanmır?

Mənbənin verdiyi məlumatlara görə, Xocavənd rayonuna daxil olan dövlət vəsaitləri yolların təmiri və icra nümayəndələrinə müxtəlif avadanlıqlar alınması adı altında icra başçısı Eyvaz Hüçeynov tərəfindən mənimsənilir. Misal üçün hələ 2013-cü ildə Xocavənd Kommunal Müəssələr Kombınatına yolların təmir işlərinin satın alinması üçün 115 min manat vəsait ayrılıb və həmin vəsait «Ural» MMC-yə köçürülübmüş.

Etibarlı mənbədəmn verilən məlumata əsasən, «Ural» MMC Eyvaz Hüseynovun ən yaxın adamlarından birinə məxsusdur. Məlumatda göstərilir ki, Eyvaz Hüseynov Xocavənd rayon yeni və köhnə Xocavənd qəsəbələrinin küçələrinə bir neçə maşin qrabil tökməklə yuxarıda göstərilən vəsaiti sənədləşdirərək mənimsəyib. Bildirilir ki, Kommunal Müəssələr Kombınatinin rəisi Eyvaz Hüseynovun yaxin qohumudur və başçi Xocavənd rayonu üçün ayrilan təmir tikinti işlərinin çoxsunu məhz yaxın qohumunun rəhbərlik etdiyi bu müəsisə ilə həyata keçirir.

Bundan basqa məlumatda həmçinin göstərilir ki, Kommunal Müəssələr Kombınatı azqiymətli maların satın alınması üçün «Yelkən» MMC yə 40 min manat vəsait köçürüb.Məlumatli şəxs qeyd edir ki, alınan mallların qiymətləri bir neçə dəfə şişirdilib. Sənədləşmədə azqiymətli mallar yazılma səbəbini isə mənbə onunla izah edir ki, cox qiymətli mallar yazılsa, o zaman ayrılan vəsaitin silinməsi çətinləşər. Çünki artıq cox qiymətli mallar əsas vəsaitə çevrilir və bu əsas vəsaiti silmək çətinlik yaradır.

Daha sonra əldə etdiyimiz məlumatlara görə, Eyvaz Hüseynovun başqa bir maxinasiyası da Əmralılar, Kurapatkin, yeni Xocavənd, Xocavənd Kənd və başqa qəsəbə və kəndlərin nəzdində adı var özü olmayan uşaq bağçalarının adına yerli maliyyə idarəsindən hər il yuz min manatlarla ayrılan ə də əl qoyub. Əslində isə adı olub özü olmayan uşaq bağçaları bir başa Eyvaz Hüseynovun öz şəxsi təşəbbüsü ilə yaradılıb və deyilənə görə, heç bir fəaliyyət növü də müşahidə edilmir. Ancaq sənədlələrdə bağçaların bütün şəxsi heyyətinin hatta normativdən daha çox uşagın adının yazıldıgı göstərilir.

23 illik fəaliyyəti boyu icra başçısı Eyvaz Hüseynovun qarətçilik siyasəti bununla təbii ki bitmir. Məlumata görə, icra başçısının başqa bir maxinasiyası da Xocavən Rayon Mərkəzi xəstəxanasıdır. Baş həkimlə isti münasibətlərinin oldugu bildirilən başçının büdcədən ayrılan külli miqdarda vəsaitləri birlikdə mənimsədiklərini də artıq nə hesablardan, nə də gözdən qaçırmaq mümkün deyil.

Hazırda isə əldə etdiyimiz informasiyaya əsasən guya ki, 23- ildən sonra nəhayətki Eyvaz Mhüseynovun bu kimi maxinasiya və dövlət büdcəsindən oğurluq kimi fəaliyyəti haqqında Prezident Admenistrasiyasına lazimi məlumat ötürüldükdən sonra axtarışa başlanılıb. Yaxın günlərdə də Aydin hüseynovun vəzifən gedəcəyi xəbəri yayılsa da Eyvaz Hüseynov hələ də gözünə dəyən maliyyə məmbələrini gözaltı etməyə davam edir. Deyəsən 23 ildə “vəfədən gedərsən” kimi təhdidləri çox eşitdiyindən artıq bu deyimə çoxdan öyrəşib.

4-5 il bir rayonu idarə edən bir icranın sovurduğu maliyyəni hesablayanda adamın gözü kəlləsinə çıxır. İndi görün Eyvaz hüseynov dövlətdən 23 il fəaliyyəti boyunca nə qədər vəsait sovura bilib. Külli miqdarda dövlət vəsaitini mənimsəyib gözü dolmaq bilməyən Eyvaz Hüseynov Xocavəndi elə kökə salıb ki, hazırda Xocavəndin adı var özü yox. Bu gün Xocavəndəki təhsilə, Xocavəndəki sosial duruma baxanda Eyvaz Hüseynovun ünvanına ləhnət oxumamaq mümkün deyil. Onsuzda kasib və erməni tərəfindən zəbt edilmiş toropaqda at oynatmaq həqiqətən də nər kişinin işidir. Həm də niyə təəcüblənirik ki, bu gün Xocavənd rayonu Əlikram Hümbətovla dostluq edən Eyvaz Hüseynov kimi erməniyə qismət olub. Bunların da ermənidən bir fərqi olmadığına görə, elə ermənisayağı dövlətdən vəsait oğurlamaq xislətinə malikdirlər.

COMMENTS