“Deyilənlər oldu, nəhayət, Ermənistana qarşı…” – Abramyan

“Deyilənlər oldu, nəhayət, Ermənistana qarşı…” – Abramyan

Proqnoz özünü doğrultdu. Rusiya xarici işlər naziri Sergey Lavrov Baş nazir Nikol Paşinyanın bəyanatına istinadla bildirdi ki, Ermənistan KTMT-də qalmaq və ya çıxmaq barədə dəqiq qərar verməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

“Lavrov dolayı yolla söykədi ki, qalmamaq, ümumiyyətlə, Rusiya ilə münasibətləri aşağı salmağın nəticələri olacaq. Bu, Rusiyanın Ermənistana münasibətdə siyasətinə yenidən baxması deməkdir, yəni siyasi-hərbi əməkdaşlıqdan iqtisadi sahəyə qədər.

Sual budur ki, Rusiya şantaj edir, yoxsa Ermənistanın Avropa Birliyi ilə bağlı yeni kursunun olub-olmadığını anlamaq üçün hesablarını yekunlaşdırmağa çalışır. Rusiya bunu ona görə edir ki, gələcəkdə onun Ermənistana qarşı sərt mövqeyi ölkəmizdə və xarici aləmdə tam dərk edilsin. Bunun hansı nəticələri və nə dərəcədə olacağı hadisələrin gedişindən asılıdır”, – deputat bildirib.

COMMENTS