Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması kampaniyaya başladı

Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması kampaniyaya başladı

xeri.jpg

Xəbər verildiyi kimi, ötən ay vətəndaş cəmiyyəti və diaspor nümayəndələrinin təşəbbüsü ilə Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması yaradılıb.

“Yenigundem” xəbər verir ki,Bu Platforma çərçivəsində könüllü olaraq “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası keçiriləcək. Kampaniyanın təşkilatçıları Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadədir.

Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir.

Kampaniyaya 12 ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa, Türkiyə, Ukrayna, Avstraliya, Kipr) diaspor təşkilatları qoşulub. Layihə çərçivəsində 20 gün ərzində hər dəfə bir ölkədəki diaspor üzvləri yaşadıqları şəhərin məşhur meydanlarında yerli xalq arasında AXC haqqında məlumatlandırma aparacaqlar. Eyni zamanda əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan poster tutaraq dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını göndərəcəklər. Ayrıca Azərbaycandakı 20 QHT bu kampaniyanın virtual təbliğatını aparacaq. Sonda isə 12 ölkədən diaspor təşkilatlarının göndərdikləri videolardan ibarət video-çarx hazırlanacaq.

Kampaniyaya aşağıdakı təşkilatlar qoşulub:

Xaricdəkilər

1. Azərbaycan-Amerika Qadın Cəmiyyəti

2. Alman-Azərbaycan Dostluq Cəmiyyəti

3. Benilüks Azərbaycanlıları Konqresi

4. Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi

5. Krasnoyarsk diyarı üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyatı Təşkilatı

6. Ukraynada Gənclər Dünyası İctimai Birliyi

7. Azərbaycan-Kipr Dostluq Cəmiyyəti

8. Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansı

9. Doğu Akdeniz Universitetinin nəzdində Azərbaycan Tələbə Cəmiyyəti

10. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi

11. Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Kanada Koordinatoru

12. Norveçdə Atropatena Təşkilatı

13. Avstraliyada Azərbaycan Mədəniyyət Assosiasiyası

14. Polşada Azərbaycanlı Gənclər Şurası

Azərbaycandakılar

15. “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi

16. “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi

17. “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi

18. Gənclərin Həmrəyliyi İctimai Birliyi

19. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı

20. Azərbaycan Diasporu İnformasiya Mərkəzi

21. Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi

22. “Vəfa” Sosial-İctimai Birliyi

23. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi

24. Gəncə Regional Qadın Mərkəzi

25. DiasporTV

26. AMEA-nın Mərkəzi Elmi Kitabxanası

27. Dünya Gənc Türk Yazarlar Birliyi

28. İnformasiya Təşübbüslərinə Dəstək İctimai Birliyi

29. Sabir Fondu

30. XX Əsrin Qadınları İctimai Birliyi

31. Beynəlxal Mutikultural Şəbəkəsi

32. ENACTUS Azərbaycan

33. “Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai birliyi

34. Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyi

Dosye.org

COMMENTS