Top.Mail.Ru

Dilarə Kazımova: “Enerjim çoxdur, dayana bilmirəm” – VİDEO


ARB TV-nin “Xəbər Ətər” verilişinin növbəti qonağı müğənni Dilarə Kazımova olub.
Müğənni karantindəki fəaliyyətindən söhbət açıb:
“Dayana bilmirəm, enerjim çoxdur. İfa etməyi, klip çəkdirməyi, fotosessiya etdirməyi sevirəm. Əlbəttə ki, karantin müddətində icazə verilməyəndə işləməyi dayandırmışdıq. Yeni fikirlər toplayırdım və artıq fotosessiyalarımı ard-arda edirəm”.
Qeyd edək ki, “Xəbər Ətər” verilişi ARB TV-nin yeni layihələrindən biridir. Veriliş 09:55-də canlı olaraq yayımlanacaq, iki saat boyunca maraqlı müzakirələri, məşhur qonaqları, dadlı təamları ilə izləyicilərin qonağı olacaq.

COMMENTS