DİN əməkdaşı xidməti maşınla piyadanı vurdu

Daxili İşlər Nazirliyinin əməkdaşı piyadanı vurub.

Hadisə Nərimanov rayonu, A.Neymətulla küçəsində bir neçə gün öncə baş verib.

Bakı sakini 1986-cı il təvəllüdlü Samirə Xangəldiyeva yolu qaçaraq keçən zaman DİN-in Baş Mühafizə İdarəsinin işçisi 1990-cı il təvəllüdlü Azər Mehdiyevin idarə etdiyi BMİ-yə məxsus Toyota markalı avtomobillə vurulub.

Piyada xəstəxanaya müraciət etməyib.
Qafqazinfo.az

COMMENTS