Top.Mail.Ru

DİN-dən Balakəndəki qəza ilə bağlı – Açıqlama

DİN-dən Balakəndəki qəza ilə bağlı – Açıqlama

Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə yanvarın 16-da saat 18 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində qeydə alınıb.

Yeni Şərif kənd sakini C.Çunayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Abdurəhman Hacıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Balakən rayon polis şöbəsində araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS