Top.Mail.Ru

DİN-dən Şəkidəki hadisə ilə bağlı – Açıqlama

DİN-dən Şəkidəki hadisə ilə bağlı – Açıqlama

Daxili İşlər Nazirliyi Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə fevralın 25-də saat 9 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində baş verib.

Fazıl kənd sakini R.Qocayevin idarə etdiyi “VAZ-2101” və şəhər sakini V.Mustafayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə R.Qocayevin sərnişinlərindən Şahid Rüstəmov hadisə yerində ölüb, özü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şəki şəhər-rayon polis şöbəsində araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS